Merlin Kukla Teatrı Bakıya gəlir
18 Oktyabr 2018 14:08 MədəniyyətNoyabrın 9-da Merlin Kukla Teatrının yaradıcı heyəti Azərbaycan Dövlət Kukla Teatrında "Heç kimin torpağı" adlı kukla tamaşası ilə çıxış edəcək.
"M.A.P Festival Baku" çərçivəsində nümayiş olunacaq tamaşanın rejissor Dimitris Stamudur.
Qeyd edək ki, Merlin Kukla Teatrının əsası Afinada 1995-ci ildə Dimitris Stamu və Demi Papada tərəfindən qoyulub. Hazırda Almaniyada yaşayan bu ailə duetinin tamaşaları müxtəlif kukla texnikalarının kombinasiyasını, o cümlədən marionetkalar, stolüstü kuklalar, predmetlər, optik effektlər və kölgə teatrını əhatə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31