Azərbaycan III Şarm əl-Şeyx Beynəlxalq Kino Festivalına dəvət alıb
17 Oktyabr 2018 15:38 Mədəniyyət2019 -cu il mart ayının 3-9 tarixlərində Azərbaycan Misrdə keçiriləcək III Şarm əl-Şeyx Beynəlxalq Kino Festivalında iştirak etməyə dəvət edilib. Bu barədə Olaylar.az -a Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim mətbuata açıqlamasında bildirib.
Səfir Adil İbrahim qeyd edib ki, festival rəhbərliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi xidmətləri yüksək qiymətləndirərək onu fəxri qonaq qismində bu il keçiriləcək Beynəlxalq Festivala dəvət etməsini qərara almışdır.
Həmçinin cənab səfir 2015-ci ildən Şarm Əl-Şeyx və Qəbələ şəhərlərinin qardaşlaşmış səhərlər olduğunu, noyabr ayının 8-dən etibarən Şarm əl-Şeyx və Bakı arasında bir başa uçuşların təşkil ediləcəyini, habelə Misir və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin gözə çarpan dərəcədə inkişafından məmnunluq duyduğunu bildirib