Şövkət Ələkbərova “Yaradanlar və yaşadanlar” layihəsində

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyasının "Yaradanlar və yaşadanlar" adlı verilişinin növbəti konserti Şövkət Əkəlbərovanın yaradıcılığına   həsr edilib. Konsert Mədəniyyət Nazirliyinin dəstəyi ilə, Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının və  Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində baş tutub.

Olaylar.az bildirir ki, gecədə хalq artisti Aygün Bayramova -"Küsüb məndən", əməkdar artistlər Zakir Əliyev - "Dərələr", Almaz Orucova - "Bu dünya", Bəyimxanım Vəliyeva - "Yavaş-yavaş", Ehtiram Hüseynov -"Gəlmədin", Azərbaycan Televiziyası və Radiosunun solistləri - Səbinə Ərəbli -"Aldatmayaq bir-birimizi", Zabitə Əliyeva -"Güldür məni" mahnılarını ifa etmişdilər. 

İfaçıları  хalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə "Səadət" instrumental ansamblı müşayiət edirdi.

Konsertin son nömrəsi olan "Tövhə" mahnısı  tamaşaçılara  Bəyimxanım Vəliyeva və Aytən Məhərrəmovanın ifasında təqdim edilib. Konsertin aparıcısı əməkdar artist Rəşad İlyasov idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31