Alman orta əsr sevgi hekayəsi səhnələşdirilib

Azərbaycan Dillər Universitetində alman yazıçısı Konrad fon Vürsburqun “Ürək nağılı” sevgi hekayəsindən “Yeyilmiş ürək” hissəciyi səhnələşdirilib. Olaylar.az bildirir ki, Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti Ziqlinde Hartman və Avstriya Mübadilə Xidmətinin lektoru Stefanie Matzerin rəhbərliyi, ADU-nun Germanistika İnstitutunun tələbələrinin iştirakı ilə səhnələşdirilən hekayədə cəngavər və evli xanımın uğursuz sevgilərindən danışılır.

Azərbaycan Dillər Universitetində alman yazıçısı Konrad fon Vürsburqun "Ürək nağılı" sevgi hekayəsindən "Yeyilmiş ürək" hissəciyi səhnələşdirilib. Olaylar.az bildirir ki, Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti Ziqlinde Hartman və Avstriya Mübadilə Xidmətinin lektoru Stefanie Matzerin rəhbərliyi, ADU-nun Germanistika İnstitutunun tələbələrinin iştirakı ilə səhnələşdirilən hekayədə cəngavər və evli xanımın uğursuz sevgilərindən danışılır.

ADU-nun rektoru akademik Kamal Abdulla tamaşaya yalnız almandilli deyil, həmçinin digər dillər üzrə təhsil alan tələbələrin maraq göstərdiyini söyləyib. Rektor tamaşadan alman dilinin özəlliyinin, alman musiqisinin, mədəniyyətinin gözəlliyinin hiss olunduğunu deyib. Tamaşanın qurulmasının ideya müəllifinin Ziqlinde Hartman olduğunu deyən rektor K.Abdulla xanım Hartmanla arasında uzun illərdən bəri möhkəm dostluq əlaqələrinin mövcudluğundan söz açıb: "Çox gözəl mütəxəssisdir, çox gözəl dostdur. Almaniyada yaşamağına baxmayaraq tez-tez universitetimizə gələrək tələbələrimizlə məşğul olur, layihələr həyata keçirir. Belə gözəl şəkildə maarifləndirmə işləri aparır". Rektor K.Abdulla tamaşanın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31