“Toya bir gün qalmış”dı...

Müasir tamaşaçını güldürmək çox çətindir. Çünki bu günün tamaşaçısı dünyanın bütün gülüş nöqtələri ilə sıx təmasdadır. Bu günün tamaşaçısı gülməsi üçün sosial şəbəkə, gündəlik həyatda önümüzə çıxan hər bir şey gülüş hədəfidir. Amma sənət nümayiş etdirərək, müasir insanı düşündürərək güldürmək ənənəsi ilə çalışan sənət məbədləri nə yaxşı ki, öz ucalıqlarını qoruyurlar. Bu gün tamaşaçılara düşünərək gülüş bəxş edən sənət abidəsi Musiqili Komediya Teatrdır!

Müasir tamaşaçını güldürmək çox çətindir. Çünki bu günün tamaşaçısı dünyanın bütün gülüş nöqtələri ilə sıx təmasdadır. Bu günün tamaşaçısı gülməsi üçün sosial şəbəkə, gündəlik həyatda önümüzə çıxan hər bir şey gülüş hədəfidir. Amma sənət nümayiş etdirərək, müasir insanı düşündürərək güldürmək ənənəsi ilə çalışan sənət məbədləri nə yaxşı ki, öz ucalıqlarını qoruyurlar. Bu gün tamaşaçılara düşünərək gülüş bəxş edən sənət abidəsi Azərbaycan Dövlət Musiqili Teatrı!

Oktyabrın 13- də bu sənət məbədində tamaşaçıların böyük sevgi və rəğbətini qazanmış Əli Səmədlinin "Toya bir gün qalmış" iki hissəli komediyası nümayiş olundu.

Milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızı bu tamaşada baş rolu ifa edib. Quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov olan tamaşada əsas obrazları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlili, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov və Ağaxan Şərifov ifa ediblər.

Tamaşanın baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.

Gözlənilməz və maraqlı situasiyalarla zəngin tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir.

Teatrın qədim şərtilik ənənələri "Toya bir gün qalmış" tamaşasında ustalıqla müasir səhnə mizanı ilə əvəzlənmişdi.

Azərbaycan gülüşünün ifadə məkanı olan Azərbaycan Dövlət Musiqili Teatrında canlı korifey, ustad sənətkar Afaq Bəşirqızı "Toya bir gün qalmış"tamaşası ilə teatra gəlmiş hətta ən kiçik yaşlı tamaşaçını belə güldürdü. Həm də, həm də gözlərdən yaş gələnə qədər...

Azərbaycan Dövlət MusiqiliTeatrının bütün tamaşalarının anşlaqla keçməsinin, fikrimizcə, önəmli bir səbəbi var. Bu teatrda qarderob işçisindən tamaşaçıları qarşılayan əməkdaşa qədər, zala nəzarət edən insanlardan tutmuş hamı, hər kəs tamaşanın iştirakçısına çevrilir. Həmin gün teatrda çalışan sadə işçilər də, rəhbər işçilər də tamaşanın uğurla keçməsi üçün əllərindən gələni əsirgəmirlər. Məhz bu əzim nəticəsində "Toya bir gün qalmış" tamaşası anşlaqla keçdi. Tamaşaçı salonunda bir dənə boş yer belə görünmürdü. Zövqlü səhnə tərtibatı və peşəkar aktyor heyəti ilə seçilən tamaşa hələ uzun illər yaddaşlarda xoş xatirə kimi qalacaq.

Tamaşada arif insanların diqqətindən bir məqam yayınmadı. Böyük sənətkar, ustad yadigarı Afaq Bəşirqızı özünü kölgədə saxlayaraq, geniş səhnəni gənclərin ixtiyarına vermək istəyirdi. Onunla bərabər tamaşada oynayan aktyor və aktrisaların oyununu qabartmaq, göz önündə olmasına çalışırdı. Bəşir Səfəroğlunun sənətkar qızı bu tamaşada atasının izi ilə gedirdi. İnsafən deyək ki, tamaşada iştirak edən aktyorlar da rollarının öhdəsindən layiqincə gəldilər. Rejissor və aktyor heyəti tamaşaçılara vermək istədiyi mesajı ustalıqla və peşəkarcasına çatdıra bildi. Səhnə quruluşu o qədər təbii idi ki, tamaşaçılar teatrda, aktyorla səhnədə olduqlarını unudurdular. Aktyorlar toya bir gün qalmış baş vermiş hadisələri, əhvalatı oynamırdılar, yaşayırdılar...

Tamaşaçıların alış sədaları nə Afaq Bəşirqızının, nə də digər aktyorların səhnədən getmələrinə icazə vermirdi.

Sağ ol böyük sənətkar!

Sağ ol !Azərbaycan Dövlət Musiqili Teatrı!

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31