Nazir vətəndaşları qəbul edəcək – Mingəçevirdə
16 Oktyabr 2018 11:37 MədəniyyətMərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 17-də saat 11ºº-da Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikd şəhərdəki Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin yuxarıda adları qeyd olunan rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlaya bilərlər.