“Müəmmalı bir qətlin üç versiyası” – YUĞda premyera

YUĞ Dövlət Teatrında R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşanın premyerası keçiriləcək. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir. Tamaşada YUĞ Teatrının aktyorları Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehtiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov çıxış edirlər. Tamaşanın janrı posmodern oyun kimi müəyyənləşdirilib.

YUĞ Dövlət Teatrında R.Akutaqavanın "Cəngəllikdə" novellası əsasında hazırlanmış "Müəmmalı bir qətlin üç versiyası" adlı tamaşanın premyerası keçiriləcək. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir. Tamaşada YUĞ Teatrının aktyorları Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehtiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov,  Elşən Əsgərov çıxış edirlər. Tamaşanın janrı posmodern oyun kimi müəyyənləşdirilib.

Rejissor tamaşanın yozumu barəsində belə deyir: "Mütləq həqiqət yoxdur. Nə irrasional, nə mistik, nə intuisiya, nə fideizm prinsipi burda əsas götürülə bilməz. Heç yerdə həqiqət birmənalı deyil. Hadisəyə hər baxış bucağında bir həqiqət var. Kimsə əksini sübut edə bilmədiyi kimi, əslində, baş verənlərin tam sübutu da mümkün deyil. Hadisə var - müəmmalı bir qətl. İştirakçılar qiyabi və əyanidir. Həqiqət isə iştirakçıların sayı qədərdir.

Əsər dedektiv təsiri bağışlasa da, daha çox fəlsəfi metaforik üsluba meyllidir. Cəngəllikdə bir ölüm, bir zorlanma hadisəsi baş verib. Əsas sual ortadadır. Kim kimi öldürüb? Bu suala 3 müxtəlif cavab-yanaşma var."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31