Xalq şairi Məmməd Arazın yaradıcılığına həsr edilmiş sərgi
11 Oktyabr 2018 13:44 MədəniyyətAMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın 85 illik yubileyi ilə bağlı sərgi təşkil edilib.
Olaylar.az bildirir ki, sərgidə şairin kitabxana fondlarında saxlanılan - "Daş harayı", "Atamın kitabı", "Qayalara yazılan səs", "Oxucuya məktub", "Aylarım illərim", "Həyatın və sözün rəngləri", "Qanadlı qayalar", "Dünya sənin, dünya mənim", "Ocaq başında" kitabları, o cümlədən şair haqqında yazılmış "Məmməd Araz dünyası" , "Məmməd Araz", "Xalq şairi Məmməd Araz", "Məmməd Araz", "Bu da belə bir ömürdü..." və s. ədəbi-tənqidi ədəbiyyat nümayiş olunur.
Sərgi oktyabr ayının 20-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31