Əkizlər oxudu, Baskov oynadı - VİDEO
9 Oktyabr 2018 15:41 MədəniyyətÖtən gün Rusiya və Azərbaycanın bir çox məşhurları bir araya gəliblər.Əməkdar artist Nikolay Baskov, Rusiya gözəli Anna Qorodjaya, aparıcı İqor Adamovski, Xəyyam Nisanov, Namiq Qaraçuxurlu və Sevil-Sevinc Səfərovalar azərbaycanlı biznesmenin Moskvadakı toyunda iştirak ediblər.
Onlar məclisdə çəkilən görüntüləri sosial şəbəkədə yayıblar. Sevil və Sevinc Səfərovaların instaqramda paylaşdığı video isə xüsusi marağa səbəb olub. Belə ki, əkizlər mahnı ifa edərkən Baskov və Anna Azərbaycan rəqsi etməyə başlayıblar. Həmin anı lentə alan bacılar "Necə oynayır, vur çatlasındı" şərhini yazaraq sosial şəbəkədə paylaşıblar.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31