Beynəlxalq konfransın iştirakçıları Qəbələdə

"Azərbaycanda Azıx mağarası və miqrasiya axınları" mövzusunda keçirilən beynəlxalq elmi konfrans öz işini Qəbələ Arxeoloji Mərkəzində davam etdirib.

Azərbaycanda erkən hominid Azıxantropun tapılmasının 50 illiyinə həsr olunan tədbirdə Azərbaycan alimləri ilə yanaşı, İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan olan mütəxəssislər elmi məruzələrlə çıxış ediblər. Konfransda Azıx mağarasındakı paleolit təbəqələrinin xronologiyası, paleolit dövründə mümkün miqrasiya vektorları və digər mövzular barədə müzakirələr aparılıb.

Müzakirələrdən sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova çıxış edərək son dövrlərdə Azərbaycan arxeoloqlarının əldə etdiyi elmi nailiyyətlər, o cümlədən müəssisənin beynəlxalq əlaqələri barədə məlumat verib.

Daha sonra konfrans iştirakçıları Qəbələ rayonunun Səlbir ərazisindəki arxeoloji abidələrlə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31