Uşaq musiqi və incəsənət məktəblərin fəaliyyəti müzakirə olunmuşdur

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz 3 oktyabr 2018-ci il tarixində Ə.Bədəlbəyli adına 23 nömrəli onbirillik musiqi məktəbində Bakı şəhəri uşaq musiqi və incəsənət məktəbləri rəhbərləri ilə Bədii təhsil müəssisələrinin normativ hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə məktəblərin fəaliyyətini tənzimləyən sənədlərin yenidən işlənmiş hazırlanmış layihələrinin müzakirəsini keçirilmişdir.

Tədbiri giriş sözü ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev açmışdır.

Bakı şəhərində fəaliyyət göstərən musiqi məktəblərin rəhbərlərinin iştirakı ilə açıq müzakirələr təşkil olunmuşdur.

Müşavirədə Bakı şəhər Mədəniyyət Baş idarəsi Musiqi təhsili və incəsənət sektorun müdiri Bətulə Məmmədəliyeva, Bakı şəhər Ş.Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbinin direktoru Sevda Məmmədova,  Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Bədii təhsil şöbəsinin müdiri Natiq Mustafayev çıxış etmişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31