“Dədə Qorqud” kamera orkestrinin təqdim edildi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin təqdimatı olub. Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” kamera orkestrinin təqdimat mərasimi keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan "Dədə Qorqud" kamera orkestrinin təqdimatı olub. Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış "Dədə Qorqud" kamera orkestrinin təqdimat mərasimi keçirilib.

Tədbirdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin, tanınmış elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin, musiqisevərlərin qatıldığı tədbir Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilib.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışıb. Bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə təsis edilib. Qısa zamanda fəaliyyət göstərməsinə baxmayaraq, Fond türkdilli xalqlara məxsus mədəniyyət, tarixi irsin mühafizəsi və təbliği yönündə fəaliyyət göstərməkdədir. Hazırda Fondun dəstəyi ilə türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təbliğ edilməsinə dair müxtəlif layihələr üzrə işlər aparılmaqdadır.

Belə layihələrdən biri "Dədə Qorqud" kamera orkestrinin yaradılmasıdır. Türk dünyasının ortaq yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud"un baş qəhrəmanının adını daşıyan "Dədə Qorqud" kamera orkestri özündə türk dünyası dövlətlərinin musiqiçilərini birləşdirir. Sevindirici haldır ki, bu ayın əvvəlində Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində üzv ölkələrin dövlət başçılarının imzaladıqları Bəyannamədə bu təşəbbüs öz əksini tapmışdıır. Orkestrın bədii rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovdur. Orkestr türk dünyasının zəngin mədəniyyət və incəsənətini, xalq yaradıcılığını, dahi bəstəkarlarının əsərlərini dünyada tanıtmaq məqsədilə fəaliyyət göstərir və bu istiqamətdə türkdilli xalqların musiqisini beynəlxalq platformada ifa edir.

Günay Əfəndiyeva deyib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaradılmasının 100 illikləri böyük təntənə ilə qeyd olunur.

Bu il həm də bütün türk dünyasının birliyinə dəstək verən, hər zaman onun inkişafına, güclənməsinə çalışan ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilir. Eyni zamanda, Qırğızıstanın böyük yazıçısı Çingiz Aytmatovun 90 illiyi, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illiyi, Qazaxıstan ədəbiyyatının görkəmli nümayəndəsi Maqcan Cumabayevin 125 illikləri silsilə tədbirlərlə qeyd edilməkdədir.Onların hər biri türk dünyasının nəhəng simalarıdır və biz hər zaman onların xatirəsini ehtiramla anırıq.

Gecədə orkestr Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan bəstəkarlarının əsərləri səsləndirib, 4 ölkənin musiqiçiləri tərəfindən xalq mahnıları və türkülər söylənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31