Tanınmış müğənni “Toppuş bacı”ya 1000 manat verdi

Müğənni Bahar Lətifqızı xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevaya dəstək olub.

"Bizimləsən" verilişinə telefon zəngi ilə qoşulan müğənni bildirib ki, hər zaman "Toppuş bacı"nın yanında olacaq:

"Əslində verilişə dünən qoşulacaqdım. Amma çəkilişlərim çox oldu deyə gələ bilmədim. Verilişə baxanda ağladım. İndi sükan arxasındayam, özümü güclə saxlamışam. Tünzaləyə 1000 manat pul verirəm.

İndi prodüserimi göndərirəm ki, o məbləği sizə çatdırsın. Allah özü kömək olsun".

Qeyd edək ki, "Bizimləsən" verilişi Tünzalə Əliyeva üçün yardım marofonuna start verib. Artıq aktrisa üçün hesab nömrəsi də açılıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31