Bakıda “New Life Brass” kvintetinin konserti
20 Sentyabr 2018 12:42 MədəniyyətÜzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Beynəlxalq Muğam Mərkəzində Rusiyanın T.Dokşiçer adına "New Life Brass" kvintetinin konserti olub.
Dünya şöhrətli "New Life Brass" kvinteti nəfəsli alətlərdən ibarətdir. 2009-cu ildə Qnesinlər adına Rusiya Musiqi Akademiyasının tələbələri tərəfindən yaradılmış kvintet müxtəlif beynəlxalq müsabiqələr və festivallarda iştirak edir. Musiqiçilərin repertuarında klassik və caz janrlarında əsərlər yer alır.
Bakılı tamaşaçılar kvintetin çıxışını böyük maraqla qarşılayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31