“Yaradanlar və yaşadanlar” layihəsinin növbəti konserti

Milli musiqi günündə Beynəlxalq Muğam Mərkəzində Muğam Mərkəzinin və Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının "Yaradanlar və yaşadanlar" adlı birgə  layihəsinin növbəti konserti keçirilib. Konsert Xalq artisti, xanəndə, muğam bilicisi Hacıbaba Hüseynova həsr olunub.

Gecədə Xalq artisti Səkinə İsmayılova "Şur-şahnaz" təsnifini, Xalq artisti Teyyub Aslan "Çoban qızı", "Dilbərim" xalq mahnısını, Əməkdar artist Ehtiram Hüseynov "Rast", Şur" təsniflərini ifa ediblər. İfaçıları  Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə "Səadət" instrumental ansamblı müşayiət edirdi.

Həmçinin konsertin son nömrələrindən biri olan "Durna" xalq mahnısı Teyyub Aslan və Ehtiram Hüseynovun ifasında tamaşaçılara təqdim olunub.

Konsertin aparıcısı,Əməkdar artist Rəşad İlyasov, kaman ifaçısı,Əməkdar artist Mirnazim Əsədullayev tamaşaçılara xanəndənin həyat və yaradıcılığı haqqında məlumat veriblər.H.Hüseynovun qızı,nəvəsi və dostu olmuş M.Əsədullayev onun haqqında xatirələrini bölüşüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31