Mükafatlar Muğam Mərkəzində təqdim edildi

Beynəlxalq Muğam Mərkəzində prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə təltif olunmuş musiqi xadimlərinə fəxri adların və mükafatların döş nişanlarının və vəsiqələrinin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Beynəlxalq Muğam Mərkəzində prezident İlham Əliyevin  müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı  xidmətlərinə görə təltif olunmuş musiqi xadimlərinə  fəxri adların və mükafatların döş nişanlarının və vəsiqələrinin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən  mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, fəxri adların Cümhuriyyətin 100 illiyi ərəfəsində verilməsi xüsisilə əlamətdardır. Mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir.

Azərbaycan xalqı isdedadlı xalqdır. Xalqımız,mədəniyyətimiz,müxtəlif sahələrdə böyük sənətkarlar, dahilər yetişdirib. Onlar bizim mədəniyyətimizi,musiqimizi yaşadır. Məhz Prezident İlham Əliyev və birinci vitse-prezident,birinci  xanım Mehriban Əliyevanın gördüyü işlər nəticəsində Azərbaycan mədəniyyəti inkişaf edir və dünyada öz layiqli yerini tutur: "Yalnız müstəqilliyimizdən sonra biz zəngin mədəniyyətimizi bəşəriyyətə tanıda bilmişik" deyə nazir vurğulayıb.

Sonra Xalq artisti və Əməkdar artist adına layiq görülmüş musiqiçilərə fəxri adların vəsiqələri və döş nişanları təqdim edilib.

Mərasimdə çıxış edən  "Şöhrət" ordenli,Xalq artisti  Teymur Göyçəyev, Xalq artisti adına layiq görülmüş Murad Dadaşov və digər təltif edilənlər bu günün onlar üçün əsl bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31