Rus balatenin əfsanəsi Azərbaycan səhnəsində
18 Sentyabr 2018 12:45 MədəniyyətRusiyanın tanınmış balet mütəxəssisi, Rusiyanın Xalq artisti, Dövlət mükafatı laureatı, balet artistlərinin Ümumittifaq və beynəlxalq müsabiqələrinin laureatı, Rusiya Akademik Böyük Teatrının məşqçi-repetitoru Mark Vladimiroviç Peretokin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən Teatrın balet truppasında ustad dərsləri keçmək üçün Bakıya dəvət olunmuşdur.
Mark Peretokin vaxtilə Böyük Teatrın səhnəsində "Qu gölü", "Yatmış gözəl", "Jizel", "Raymonda", "Korsar", "Şopeniana", "Don Kixot", "İvan Qroznı", "Spartak", "Karmen-süita", "Qızıl əsr", "Romeo və Cülyetta", "Anyuta", "Parisdə sonuncu tango" və s. baletlərdə çıxış etmişdir.
Oktyabrın 1-dın 31-nə kimi Bakıya dəvət olunan Peretokin balet truppası ilə ustad dərsləri aparmaqla yanaşı, eyni zamanda aparıcı solistlərlə məşğul olacaq, klassik balet tamaşalarında onların ustalığının cilalanmasında yardım edəcəkdir.