Üzeyir Hacıbəyovun Ev Muzeyinə ekskursiyası təşkil olunub
18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Pirallahı rayon gənclərinin Üzeyir Hacıbəyovun Ev Muzeyinə ekskursiyası təşkil olunmuşdur.Якорь
17 Sentyabr 2018 13:44 Mədəniyyət18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Pirallahı rayon gənclərinin Üzeyir Hacıbəyovun Ev Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
Olaylar.az xəbər verir ki, muzeyin eksponatları ilə tanış olan gənclərə dahi bəstəkarın fəaliyyətindən, yazdığı əsərlərdən söhbət açılıb. Bəstəkarın gənclərə qayğısından, musiqimizə sahib çıxmasında göstərdiyi fədakarlıqdan danışılıb. Üzeyir Hacıbəyovun həm bəstəkar, həm ictimai xadim, həm də qələm adamı kimi "Azərbaycan" qəzeti səhifələrində dərc olunan yazılarının hələ gəncliyində ona şöhrət gətirdiyi vurğulanıb. Qeyd olunub ki, Şərqdə ilk opera ("Leyli və Məcnun") ilə yanaşı, ilk operettanın yaranması da Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları onu bütün dünyada çox məşhurlaşdırıb. Böyük bəstəkar həmçinin 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir Hacıbəyova məxsusdur.
Daha sonra muzeyin əməkdaşları bu böyük bəstəkardan dərs almış bir çox tanınmış musiqi xadimlərindən, eləcə də vaxtilə onun qonşuluğunda yaşamış insanlara münasibətindən də ibrətamiz əhvalatlar danışıblar.