Moskva Beynəlxalq Kitab Sərgisi başa çatdı
31-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb. Uğurlu keçən sərgi müddətində stendimiz maraqla qarşılanmış, ziyarətçilər ölkəmiz haqqında onları maraqlandıran suallara cavab tapmış, milli nəşrlərlə tanış olmuş, maraqlananlara kitablar, müxyəlif təbliğat materialları hədiyyə edilmişdir. Stendimiz yerli əhali və əcnəbilərlə yanaşı, Moskvada yaşayan soydaşlarımız tərəfindən də ziyarət edilmiş, maraqla qarşılanmışdır.
10 Sentyabr 2018 14:50 Mədəniyyət31-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb. Uğurlu keçən sərgi müddətində stendimiz maraqla qarşılanmış, ziyarətçilər ölkəmiz haqqında onları maraqlandıran suallara cavab tapmış, milli nəşrlərlə tanış olmuş, maraqlananlara kitablar, müxyəlif təbliğat materialları hədiyyə edilmişdir. Stendimiz yerli əhali və əcnəbilərlə yanaşı, Moskvada yaşayan soydaşlarımız tərəfindən də ziyarət edilmiş, maraqla qarşılanmışdır.
Azərbaycan Respubliksaı Mədəniyyət Nazirliyindən verilən məlumata əsasən, sərgi çərçivəsində milli stendimizdə Avrasiya Xalqları Assambleyasının Baş Katibliyinin sədr müavini-Layihələr departamentinin rəhbəri Tatyana Fyodorova, Avrasiya Xalqları Assambleyasının Media Mərkəzinin rəhbəri Lyubov Yelkina, Avrasiya Xalqları Assambleyasının Şuralarla iş rəhbəri İrina Polyakova ilə görüş olmuşdur. Görüşdə 2018-ci ildə Bakıda keçirilməsi planlaşdırılan ədəbiyyat festivalının təşkili ilə bağlı məsələlər müzakirə olunmuş, Assambleya tərəfindən layihənin formatının daha da genişləndirilməsi, foruma çevrilməsi kimi təkliflər də irəli sürülmüşdür.
Serginin yekununda ugurla istiraka gore milli ekspozisiyamiz diplomla mükafatlandırılmışdır.