"Hürürlər, amma dişləyə bilmirlər" - Nadir izləyicilərini təhqir etdi

"Onlar bizi incitmirlər. Sadəcə olaraq hürürlər, amma dişləyə bilmirlər".
 

Bu sözləri müğənni Nadir Qafarzadə izləyicilərinin ünvanına işlədib. Sənətçi onu sosial şəbəkədə təhqir edənlərə "5/5" verilişində sərt cavab verib:

"Nə edək ki, Allah bizi seçib. Əgər sən uğursuzsansa, bu sənin öz günahındır. Çalış xoş söz de ki, Allah da sənə xoş gün göstərsin. Nə qədər söyüş söysən, Allah da sənə qara gün göstərəcək. Çünki tanrı pis sözləri sevmir. Heç olmasa, 10 mübarək söz de ki, Allah ondan birini eşitsin və sənə uğur nəsib etsin".

axsam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31