Kənan MM Türkiyədə seriala çəkilib - FOTO
5 Sentyabr 2018 15:16 MədəniyyətAzərbaycanlı rejissor və aktyor Kənan Mahmudov Türkiyədə seriala çəkilir.
Olaylar.az xəbər verir ki, bu barədə rejissor sosial şəbəkə hesabından məlumat verib. O, "Fox" TV-də yayımlanan məşhur "Savaşçı" serialında rol alıb: "Bu gün "Savaşçı" serialında ilk çəkiliş günümdür. Sol qolumda şanlı üçrəngli bayrağımız var və Azərbaycan zabitini canlandıracağam. Dualarınıza ehtiyacım var. Burada neçə gün, neçə ay qalacağım bəlli deyil. Amma bir şey bəllidir ki, sizi və vətənimizi təmsil edirəm. Burada olduğum vaxt ərzində vətənim üçün, siz və ailəm üçün çox darıxacağam".
Qeyd edək ki, Kənan MM-in neçə seriyada rol alacağı bəlli deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31