"Bir dəqiqə də yadımdan çıxmır" - Yaşar Nurinin xanımı
3 Sentyabr 2018 16:48 MədəniyyətBu gün mərhum xalq artisti Yaşar Nurinin ad günüdür.
Aktyor yaşasaydı 67 yaşı tamam olacaqdı.
Y.Nurinin xatirəsini bu gün bir çox sənət dostları yad edib. Bəziləri onun qəbrini ziyarət edib, bəziləri isə sosial şəbəkədə aktyorla bağlı xatirələrini bölüşüb.
Mərhumun həyat yoldaşı Rəhimə Nuriyeva saytımıza açıqlamasında bildirib ki, Yaşar Nurini bir dəqiqə belə olsa yadından çıxarmır:
"Bu gün ilk olaraq onun qəbirüstünü ziyarət etdim. Məndən əvvəl gəlib onu yad edənlər olmuşdu. Biz orada olanda isə Arif Quliyev həyat yoldaşı ilə gəldi. Hər il olduğu kimi yenə də axşam qızlarım, nəvələrim yığışıb ad gününü qeyd edəcəyik.
Yaşar Nuri elə bir insan idi ki, onu tək ad və ölüm günündə yox, ömür boyu xatırlayırsan. Heç bir dəqiqə də yadımdan çıxmır. 2012-ci ildən bu yana o bizim ürəyimizdə, beynimizdədir".
axsam.az
