“Kaş müğənnilərimizlə tanış olmazdım”
31 Avqust 2018 17:40 MədəniyyətAvroviziya mahnı müsabiqəsinin qalibi Eldar Qasımov Azərbaycan şou-biznesini bəyənmir. Bu barədə müğənni "Поговорим?" adlı "Youtube" layihəsinə qonaq olarkən bildirib.
O, həmkarlarını tanıdıqdan sonra məyus olduğunu bildirib: "Bizim şou-biznes ancaq qalmaqaldan ibarətdir. Bundan hər zaman qaçıram. Bizim müğənnilərin yaradıcılığı ilə maraqlanmır, mahnılarını dinləmirəm.
Kaş heç Azərbaycan şou-biznesinin nümayəndələri ilə tanış olmazdım. Uşaq vaxtı hər zaman müğənniləri müzakirə edirdik, onlarla bağlı xoş fikirlərim var idi. Amma tanıdıqdan sonra məyus oldum".
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31