Azərbaycanlı musiqiçilərin Rio-de-Janeyro ustad dərsləri

Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş silsilə tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Braziliyadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə, ölkəmizin tanınmış caz ustadları İsfar Sarabski&trio və Şəhriyar İmanov Braziliyanın San-Paulo ştatında və Rio-de-Janeyro şəhərində dörd konsert və ustad dərsi keçmək üçün səfərə başlayıblar.

Olaylar.az bildirir ki, Azərbaycan ifaçıları San Paulo şəhərinin tanınmış Vila Mariana teatrında yerli caz və musiqi həvəskarlarına ustad dərsləri keçirərək, milli musiqi, onun müasir caz ilə simbiozu - caz muğam, milli musiqi alətlərimiz- xüsusən də tar - və onların istifadə qaydaları ilə tanış etmişlər. Həmçinin Azərbaycan musiqi mədəniyyətinin dərin tarixi kökləri, onun dünya mədəniyyətinə təsiri və verdiyi töhfə barəsində tədbir iştirakçılarına məlumat verilib. Sonra qonaqların sualları cavablandırılaraq yerli musiqiçilərlə bir neçə musiqi parçası birgə ifadə edilmişdi.

San Paulo şəhərinin ən iri zallarından olan Pompei Tetatro da yerli auditoriya üçün açılış konserti keçirildi. Konserti Azərbaycan Respublikasının 100 illiyinə həsr olduğu çıxışı ilə başlayan musiqiçilərimiz, sonra milli və xarici caz və sənətkarların öz əsərləri ilə davam ediblər. Konsertə San Paulo şəhərində yerləşən diplomatik korpusun və şəhər meriyasının nümayəndələri, həmçinin yerli caz həvəskarları qatılmışlar. Tədbir yerli televiziya tərəfindən lentə alınmış və mətbuatda geniş işıqlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31