Yalçın Rzazadə çətin durumda — SƏHHƏTİ AĞIRLAŞIB
16 Avqust 2018 17:58 MədəniyyətXalq artisti Yalçın Rzazadənin səhhətində ciddi problem yaranıb.
Sənətkar bildirib ki, eyni vaxtda bir neçə xəstəlikdən əziyyət çəkir:
"Səhhətim çox pisdir. Həm qan təzyiqim var, həm də ürəyimin vəziyyəti yaxşı deyil".
Sənətkar bildirib ki, indiki məqamda müalicəsi üçün heç kimə müraciət etmək fikrində deyil:
"Ölkədən kənarda müalicə almalıyam, amma ona da pul lazımdır. Belə də yazsanız, deyəcəklər ki, Yalçın yolçudur. Hər kəsdən, hər şeydən küskünləşmişəm, heç kimdən də kömək istəmirəm. Nə restoranım, nə obyektim yoxdur. Ümid edirəm ki, hər şey yaxşı olacaq".
Qeyd edək ki, Yalçın Rzazadə ilə şok açıqlamalarla dolu müsahibəni sabah "Ölkə.Az" saytında oxuya bilərsiniz.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31