Mədəniyyət Nazirliyi pedaqoji kadrların işə qəbulu üzrə növbəti müsabiqə keçirəcək
8 Avqust 2018 13:38 MədəniyyətMədəniyyət Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədi ilə məktəblərə pedaqoji kadrların işə qəbulu vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.
Nazirlikdən a verilən məlumata görə, respublikanın uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə pedaqoji kadrların işə qəbulu üzrə növbəti V müsabiqənin qaydaları, mövcud vakansiyalar və digər məlumatlar 2018-ci ilin 15 avqust tarixində Nazirliyin rəsmi İnternet saytının (www.mct.gov.az) və Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalının (www.music.mctgov.az) "Elanlar" bölməsində yerləşdiriləcək.
"Report"