Üç kino xadiminə Prezidentin fərdi təqaüdü təyin olunub
1 Avqust 2018 18:22 MədəniyyətPrezident İlham Əliyev Azərbaycan kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:
Əbluç Ənvər Abasqulu oğlu
Qəmbərov Rəfail Əliyeviç
Məmmədov Böyükağa Zeynal oğlu.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31