Qarabağdakı tarixi-mədəni abidələrin nəşri hazırlanacaq
“Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə birgə həyata keçirdiyi “Qarabağdakı tarixi, mədəni abidələrimiz haqqında nəşrin hazırlanması və beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsinin icrasına başlanılıb.
31 İyul 2018 12:23 Mədəniyyət"Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə birgə həyata keçirdiyi "Qarabağdakı tarixi, mədəni abidələrimiz haqqında nəşrin hazırlanması və beynəlxalq ictimaiyyətə çatdırılması" layihəsinin icrasına başlanılıb.
İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, layihənin əsas məqsədi beynəlxalq ictimaiyyətin Qarbağ həqiqətləri haqqında maarifləndirilməsindən ibarətdir. Qarşıya qoyulmuş məqsədin rellaşdırılması üçün layihə işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonun maddi mədəniyyət abidələrinin, toponimlərinin saxtalaşdırılması, qanunsuz iqtisadi fəaliyyət və təbii sərvətlərin istismarına dair faktlarla özündə əks etdirən Azərbaycan, ingilis dillərində kitabça, eyni zamanda elektron resursların hazırlanmasını və onların beynəlxalq təşkilatlarda işləyən azərbaycanlılar vasitəsi ilə ölkədən kənar yayılmasını təmin edəcək.
Layihənin yekun konfransının cari ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulur.