Niyazinin mənzil muzeyində “Açıq qapı”

Avqustun 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.

Muzeyin direktoru Əməkdar Mədəniyyət İşçisi Rza Bayramov bildirir ki, tədbir çərçivəsində müxtəlif çıxışlar, xatirələr, muzeyin arxiv materialları əsasında hazırlanmış Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou, Niyazinin dirijorluğu ilə konsertlərdən videofraqmentlər nümayiş olunacaq. Həmçinin həmin gün muzeydə "Açıq qapı" günü də təşkil ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31