İmran Qasımovun virtual fotoalbomu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının kollektivi "Yubileylər silsiləsi" layihəsi çərçivəsində Xalq Yazıçısı İmran Qasımovun anadan olmasının 100 illiyinə həsr olunmuş virtual fotoalbom hazırlayıb.

İdarədən  bildirilib ki, Xalq Yazıçısının fotoları, həyat və yaradıcılığının əsas mərhələləri xronoloji ardıcıllıqla alboma daxil edilib. Layihənin ideya müəllifi Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədovadır.

Qeyd edək ki, bu il Xalq Yazıçısı İmran Qasımovun anadan olmasının 100 illiyi ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd ediləcək.

Virtual fotoalbomla aşağıdakı linkdə tanış olmaq olar: https://www.youtube.com/watch?v=0U8cWH1lBR8

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31