"Jara-2018" festivalının Bakıda keçirilməsi mədəniyyətimizin inkişafı deməkdir" - AÇIQLAMA
27 İyul 2018 14:34 MədəniyyətBakıda "Jara-2018" beynəlxalq musiqi festivalının keçirilməsinə xalq artisti Mənsum İbrahimov münasibət bildirib.
Xanəndə bu festivalın Azərbaycanda baş tutmasının xoşagələn hal kimi dəyərləndirdiyini deyib: ""Jara-2018" beynəlxalq musiqi festivalının Bakıda keçirilməsi təqdirəlayiq addımdır. Bu festivalın ölkəmizdə baş tutması Azərbaycanın xeyrinədir. Çünki sözügedən festivala baxmaq üçün bir çox turistlər Bakıya axın edib. Bu da turzmimizin və mədəniyətimizin inkişafı deməkdir. Mən də istərdim ki, "Jara-2018" beynəlxalq musiqi festivalında iştirak edim".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31