Rusiyalı məşhurlardan Azərbaycan rəqsi - Video

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Jara" beynəlxalq musiqi festivalının açılışı olacaq.

Festivalla bağlı bir çox xarici ulduzlar paytaxtımıza gəlib.

Onlar üçün əyləncəli gecə təşkil edilib. Qonaqları Azərbaycan milli geyimində rəqs edən rəqqaslar qarşılayıb. 
 

Müğənni Qriqoriy Leps və Rusiyanın seks-simvolu kimi tanınan Yana Koşkina rəqqaslara qoşularaq, Azərbaycan mahnısına rəqs ediblər. 

Onların həmin an lentə alınan videosunu prodüser İosif Priqozhin İnstaqramında yayımlayıb.

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31