Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə növbəti metodiki vəsaitlər tərtib edilib

Son iki ildə yetmişdən artıq metodiki vəsaitin hazırlanmasına müvəffəq olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi daha üç yeni adda metodiki vəsait tərtib etmişdir.

Son iki ildə yetmişdən artıq metodiki vəsaitin hazırlanmasına müvəffəq olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin  Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi daha üç yeni adda metodiki vəsait tərtib etmişdir.

Mərkəzin əməkdaşı Səbuhi Hüseynovun mədəniyyət sahələri üçün müxtəlif mövzuda  müsabiqələrin təşkili mexanizminin və müəyyən qaydaların aşılanması, mədəniyyət müəssisələrində çalışan işçilərin maariflənməsi məqsədilə hazırladığı "Müsabiqələrin təşkili qaydası" adlı metodiki tövsiyədə kitab, rəsm, foto müsabiqələrin təşkili qaydaları, müsabiqə prosesində nəzərə alınmalı meyarlar təşkilatçıların diqqətinə çatdırılır.

Müəllif  Aygün Balabəyovanın informasiya texnologiyaları anlayışı, bu texnologiyaların muzey sahəsində tətbiq olunmasının formaları haqqında məlumat verən "Muzey işinin modernləşdirilməsi: əsas istiqamətlər" adlı metodiki tövsiyəsində həm dünya muzeylərindən, həm də yerli muzeylərdən nümunələr gətirilmiş, habelə informasiya texnologiyalarının muzeyin fəaliyyətində tətbiqinin hansı faydalar gətirə biləcəyi öz əksini tapmışdır.

Müəllif Məhbubə Əbilovanın Azərbaycanın aparıcı muzeylərinin sərgi ilə bağlı təcrübələri və dünya muzeylərində təşkil olunan sərgilər barədə məlumatlar verilən "Sərgi işi ekspozisiyaların formalaşmasında ilk mərhələ kimi" adlı metodiki tövsiyəsində elmi-kütləvi işin əsas istiqaməltərindən biri olan sərgilər, stasionar və səyyar sərgilərin təşkli və bu proseslə bağlı müxtəlif işlərin görülməsi haqqında danışılır.

Hazırlanmış bütün vəsaitlərin rayon (şəhər) mədəniyyət idarələrinə göndərilməsi və yerlərdə təqdimatların aparılması da nəzərdə tutulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31