“Qızım atasızlığını hiss etmir…”

"Qızım elə mənim boyda olub. Onun həm anası, həm də atasıyam". 

Bu sözləri xalq artisti Məleykə Əsədova "Xəzər maqazin"ə açıqlamasında deyib.  Aktrisa qızı Gülər barədə danışaraq ona atalıq etdiyini bildirib:

"Qızım atasızlığını hiss etmir. Çünki onun ataların atası olan anası var.  İstərdim ki, övladlarımın sayı çox olsun. Allahın qismətidir, həyatımı sənətimə qurban vermişəm. İncəsənət sahəsi çox çətindir. Qızıma demişəm ki, çox övlad dünyaya gətir, mən də onları sevim". 

Bundan başqa, Əsədova qızına telefon və "iPad"I qadağan etdiyini söyləyib.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31