“Fərqli baxış – yeni ideyalar”
Yarat Müasir İncəsənət Məkanı İctimai Birliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə təlim keçirilmişdir
23 İyul 2018 12:30 MədəniyyətYarat Müasir İncəsənət Məkanı İctimai Birliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə təlim keçirilmişdir
Yarat Müasir İncəsənət Məkanı İctimai Birliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz 20 iyul 2018-ci il tarixində regionlardakı rəsm qalereyaları və muzeylərdə çalışan tərtibatçı-rəssamlar üçün XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Müasir sərgi konsepsiyası" adlı təlim-seminar keçirilmişdir.
15 Regional mədəniyyət idarələri ilə təmsil olunan təlimin keçirilməsində məqsəd burada çalışan gənc tərtibatçı-rəssamlarda müasir peşə səriştələrin formalaşması idi. Burada sərgilərin hazırlanması, ekspozisiyaların qurulması, sərgilərin texniki hazırlıq proseslərinin aparılması, praktiki hazırlıq mərhələləri və s. bu kimi məsələlərin adları çəkilməlidir. Təqdim olunan format mədəniyyət və incəsənət sahəsində çalışan gənc əməkdaşlar üçün ilk dəfə olaraq təşkil edilir.
Gündəliyi üç mərhələdən ibarət olan tədbirin birinci mərhələsində Azərbaycan Rəngkarlığı Muzeyində "Əmək, istirahət və xəyallar: 1960-1980-cı illər Azərbaycan ustadlarının gözləri ilə" adlı sərginin təqdimatı baş tutmuşdur. Burada sərginin kuratoru, Yarat Müasir İncəsənət Məkanı Birliyinin bədii direktoru Suad Qarayeva-Maleki incəsənət əsərləri vasitəsilə müxtəlif mövzuların araşdırılması müzakirə etmişdir. S.Qarayeva-Maleki bildirdi ki, müxtəlif təşkilatlarla birlikdə belə layihələr qurmaq daha faydalıdır. Sərgimizdə kreativ üsullarla calışmasına üstünlük veririk, keçən il sərgiyə gələnlərin sayı 40 min nəfərə çatmışdır.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev birgə tədbirlərin əhəmiyyətindən danışaraq, gələcəkdə onların davamlı olacağına dair arzusunu bildirmişdir.
II mərhələdə ekspozisiyaların qurulması prosesində texniki hazırlıq işlərinin aparılmışdır. Köməkçi kurator Fərəh Ələkbərli texniki hazırlıq prosesində işıq və rəng amili, müasir texniki avadanlıqlardan istifadə qaydaları, eksponatların estetik təqdimatının vacib məqamları açıqlanmışdır.
III mərhələdə isə qrup işi - praktiki mərhələ adlandırmışdır. Burada F.Ələkbərli mətnlərinin yazılmasına giriş mərhələ açıqlanmışdır. Təlim iştirakçıları qruplara bölünməklə təqdim olunan sərgidən bir neçə seçilən əsərlərdən ibarət özünün kiçik sərgisinin modelini hazırlayacaqlar.
Daha sonra Təhsil layihələrin rəhbəri Səyyarə Hüseynli Yarat Müasir İncəsənət Məkanının fəaliyyəti haqqında video-çarx nümayiş etdirilmişdir.
Tədbirin sonunda S.Qarayeva-Maleki tərəfindən regionlardakı rəsm qalereyaları və muzeylərdə çalışan tərtibatçı-rəssamları Sertifikatlarla təltif olunmuşlar.
Sumqayıt Rəsm qalereyasının əməkdaşı Günel Hüseynova Yarat Müasir İncəsənət Məkanına və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinə öz təşəkkürünü bildirərək qeyd etdi ki, belə tədbirinin təşkil edilməsi və hər birinə fərgli yanasması bu sahədə çalışanlar üçün çox dəyərlidir.
