Çingiz Aytmatovun 90 illik yubileyi keçiriləcək

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Günay Əfəndiyeva Qırğızıstan Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov ilə görüş keçirib.

Olaylar.az bildirir ki, görüş zamanı G.Əfəndiyeva Fondun üzv dövlətlərindən biri olan Qırğızıstan Respublikası ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən və carı il ərzində görüləcək bir sıra ortaq tədbirlərdən danışaraq, onların türk dünyasının irsinin dünyada tanıdılması üçün əhəmiyyətli olduğunu vurğulayıb.

B. Yusupov isə öz növbəsində müasir dünyada türkdilli dövlətlərin zəngin mədəniyyəti və irsinin layiqincə təmsil olunmasına böyük zərurət olduğunu və Fondun bu istiqamətdə mühüm töhfələr verdiyini qeyd edib.

Görüş zamanı həmçinin, cari ilin sentyabr ayında Qırğızıstanda keçirilməsi planlaşdırılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə toplantısının hazırlıq işləri və gündəmi üzrə fikir mübadiləsi aparılıb. Daha sonra, tərəflər arasında cari ildə yaradıcılığında hər zaman türkdilli xalqların adət ənənələrini təbliğ edən türk dünyasının böyük mütəffəkiri Çingiz Aytmatovun 90 illik yubileyinin keçirilməsinə dair görülən hazırlıq işləri üzrə müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31