"Oğlum mənə tənqid yazanla görüşmək istəyirdi" - Nadir

"O qədər haqsızlıqlar, iyrəncliklər görmüşəm ki... Qapanıb evə ağlamışam. Görürsən ki, ədalətsizliyə gücün çatmır, özünə qapanırsan. Biri var ağlamaq, biri də var hönkürtü vurmaq".

Bu sözləri müğənni Nadir Qafarzadə "Hər şey daxil" verilişində deyib. Sənətçi sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən danışıb. Nadir bildirib ki, oğulları da yazılanları görüb əsəbiləşir: 

"Bir dəfə İsveçrədə olan oğlum anasına yazdı ki, ata haqqında nəsə yazıblar, Bakıya gəlirəm. Oğlum tam başqa xasiyyətdədir. Deyirdi ki, o adamla görüşəcəm, mənim atamla nə problemi var? Övladlarımla aramda pərdə var, onlar ancaq anaları ilə bölüşürlər. Xanıma dedim ki, ona yaz öz işi ilə məşğul olsun, dərsini oxusun. Atanın problemidir, dili var cavab verəcək".

Axsam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31