Belçikalı rejissor Xurşidbanu Natəvan haqqında film çəkəcək
19 İyul 2018 12:24 MədəniyyətXurşidbanu Natəvan haqqında film çəkmək məqsədilə belçikalı rejissor Əlyazmalar İnstitutunda olub.
Olaylar.az bildirir ki, belçikalı rejissor Mişel İvo AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət edib. O, institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovla görüşüb.
Belçikalı rejissor görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın həyatı barədə sənədli film çəkmək niyyətində olduğunu bildirib. Bu məqsədlə o, Natəvanın əsərlərinin Əlyazmalar İnstitutunda saxlanan əlyazmaları, ona dair sənədlər, eləcə də şairin rəsmli albomu ilə tanış olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31