Barış Manço Azad Azərbaycanda
ATV kanalında tanınmış jurnalist Etibar Babayevin “Yada düşər xatirələr”adlı müəllif proqramı Türk dünyasının ən görkəmli sənətçilərindən olan Barış Mançonun həyat və yaradıcılığına həsr olunmuşdu
17 İyul 2018 12:32 MədəniyyətATV kanalında tanınmış jurnalist Etibar Babayevin "Yada düşər xatirələr"adlı müəllif proqramı Türk dünyasının ən görkəmli sənətçilərindən olan Barış Mançonun həyat və yaradıcılığına həsr olunmuşdu. Etiraf edək ki, Barış Mançonun kliplərinə Azərbaycan telekanallarında son vaxtlar nadir hallarda rast gəlirik. Musiqi proqramlarında günlük mahnılar efir məkanını sürətlə zəbt etməkdədir. Azad Azərbaycan televiziyası dünən axşam saatlarında yayınladığı "Yada düşər xatirələr" verilişi ilə geniş tamaşaçı kütləsinin Ustad sənətçinin unudulmayan şərqilərinə olan mənəvi ehtiyacını qismən ödədi. Böyük zövq və yüksək peşəkarlıqla hazırlanan bu ekran əsəri səmimiyyəti, dəqiqliyi, təbiiliyi ilə seçilirdi. Müəllifin orjinal ifadələri, fəqrli fikirləri, nadir video xronika Barış Manço şəxsiyyəti ilə tamaşaçını daha yaxından tanış edirdi. Onun ifasında səslənən şərqilərin hər biri ayrıca həyat hekayəsi olmaqla, Barış dünyasına səyahətimizi daha da zənginləşdirdi. Diqqətşəkən bir məqam da Barış Mançonun Azərbaycan sevgisinin içdəngələn təbii duyğu olmasının zərgər dəqiqliyi ilə proqramda əyani nümayişi idi. Barış Manço Nizaminin, Füzulinin,Sabirn, Natəvanın, Həsən bəy Zərdabinin əzəmətli heykəllərini özünəməxsusu ustalıqla tamaşaçılara təqdim etdiyinin şahidi olduq. Bu təqdimat formasını ilk dəfə ekranda gördük. Abşeron kəndlərinin birində çay süfrəsi ətrafında lentə alınan o gözəl mərasim necə təsirli idi... Etibar Babayevin kadrarxasıı mətnini də xüsusi qeyd etmək istərdik. Sadə, bədii ifadə tərzi, nitq mədəniyyəti ilə seçilən görkəmli telejurnaistin yaxın dostu haqqında fikirləri necə də gözəl səslənirdi. O deyirdi: "Barış Manço boğazında səsi var, deyə deyil, ürəyində sözü olduğundan şərqi söylərdi". Yaxud, başqa epizodda İistanbulda Avropa ilə Asiya qitələrini birləşdirən möhtəşəm körpülərin inşasını minnətdarlıqla xatırlayan Etibar Babayev, dünyanı Türkiyə ilə birləşdirən"canlı körpü"nün varlığını da qürurla hər kəsə xatırladırdı. Barış körpüsü - könül körpüsü idi. Barışı əsatir qəhrəmanlarına oxşadan müəllif onunla bağlı xatirələrini nağılvari dillə tamaşaçılarla bölüşür. Bu üslubun özü maraqlı tapıntıdır və yeni proqramda özünü tam şəkildə doğruldur. Müəllifin qənaətinə görə, Barış Manço nağıl, əzatir, dastan qəhrəmanları kimi, xalqın yaddaşında daim yaşayacaq.
ATV kanalında "Yada düşər xatirələr" adlı proqram Azərbaycan teleməkanında intellektual səviyyəsi və bədii həlli ilə seçilən ən uğurlu layihələrindən sayıla bilər. Televiziyanın təməl prinsiplərini - maarifləndirmə, məlumatlandırma, əyləndirmə vəzifələrinə tam şəkildə cavab verən mükəmməl proqramın yeni mövsümdə davamını arzu edirik.
"Olaylar"