Muraddan əkizlərə sərt cavab: "Nankorlar..."
16 İyul 2018 15:40 MədəniyyətŞou-biznesdə növbəti qalmaqal müğənni Murad Ariflə əkizlər Sevil-Sevinc Səfərova arasında yaşanıb.
Bacılar Muradın oxuduğu "Oppalara" mahnısını bəyənməyib.
Onlar "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasında bəstə haqqında "Rəhim Rəhimlinin ifa etdiyi "Basdalama damarımı"nın başqa versiyasıdır. Tarkan "Çayla simit" yazıb deyə, bizimkilər də qatıq, ayran dönər yazır. Üçbacı dolması ilə qatıq necə uyğunlaşırsa, mahnı da elədir. Mahnını bir dəfə də dinləməmişəm. Üç ay gündəmdə olacaq. Qışda oturub qulaq asmayacaqlar" sözlərini deyib.
Prodüser Tarix Əliyev mahnını İnstaqramında paylaşıb. Murad Arif isə onun paylaşımında əkizlərə cavab verib:
"Nankorlara ibrət olsun. Hə bir də.... Sən heç vaxt yerində durma, tamammı? İşləyən adam, işini sevən adam, işinin qara fəhləsi... Sənin, mənim, zəhmətkeşlərin başına göydən şans düşmür. Elə belə yaxşıdır".
Axsam.az