Zülfiyyə xərçəngə görə saçını kəsdi - İlqardan həyat yoldaşına dəstək - Video
14 İyul 2018 11:28 MədəniyyətOnkoloji xəstəlikdən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramova kimya terapiyası zamanı saçı töküldüyündən başını tam qırxdırmalı olub.
Ona dəstək üçün həyat yoldaşı İlqar Mikayıloğlu, qardaşı, oğlu, qohumları və dostları da saçlarını kəsdiriblər.
Onlar video hazırlayaraq "Mən səninləyəm" şüarı ilə Z.Babayevaya dəstəklərini nümayiş etdiriblər.
Videonu aparıcı Jalə Həsənli sosial media hesabında paylaşıb və bunları qeyd edib:
"Allahın köməkliyi ilə bu mərhələni də sağlıqla geridə qoyacaqsan. Və mən həmişəki kimi səni görəndə, yenə də o gözəl saçlarından öpəcəm. Aramıza tez gəl, inşallah".
Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31