Azərbaycanlı dirijor Beynəlxalq Festivalda
Bişkekdə Qırğızıstan Respublikasının Prezident Aparatı, Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi və "Prima” İctimai Fondunun birgə təşkilatçılığı ilə "TENGRI Music - 2018” IV Beynəlxalq Klassik Musiqi Festivalı keçirilib.
11 İyul 2018 12:07 MədəniyyətBişkekdə Qırğızıstan Respublikasının Prezident Aparatı, Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi və "Prima" İctimai Fondunun birgə təşkilatçılığı ilə "TENGRI Music - 2018" IV Beynəlxalq Klassik Musiqi Festivalı keçirilib.
Olaylar.az bildirir ki, hər il Bişkekin Qələbə parkında açıq səma altında düzənlənən festivalda bu dəfə Qırğızıstanın "Manas" və "Çuy" kamera orkestrləri, Bişkek Opera və Balet Teatrının solistləri, Rusiyanın Rostov akademik simfonik orkestri, Ukrayna və Özbəkistanın tanınmış musiqiçilərindən ibarət 80 nəfərlik yaradıcı heyət iştirak edib.
Konsertdə ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının gənc və istedadlı dirijioru, beynəlxalq müsabiqələr laureatı Orxan Həşimov layiqincə təmsil edib. "Prima" fondunun rəhbəri Viktoriya Yurtayevanın xüsusi dəvəti ilə bu möhtəşəm beynəlxalq mədəniyyət hadisəsində iştirak edən Orxan Həşimov Q. Qarayevin - Gözəllər gözəli "Yeddi gözəl" baleti, C. Verdinin chr("39")chr("39")Traviata" və J.Offenbaxın "Hoffmanın hekayələri" əsərlərindən seçmələrə dirijorluq edib.