Əziz Nesinin əsəri Azərbaycan səhnəsində
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Nesinin “Öldürsənə məni, Caniko” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.
9 İyul 2018 13:06 MədəniyyətAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Nesinin "Öldürsənə məni, Caniko" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.
Tamaşa aktyor Allahverdi Yolçuyevin 60 illik yubileyinə həsr olunub. Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti isə Sona Mustafayevadır.
Tamaşa dəfələrlə müxtəlif quruluşda və səhnələrdə təqdim olunub. Əsərin əsas janrı komediya olsa da, tənhalıqdan bəhs edən faciədir.
Səhnə əsərində rolları Xalq Artisti Naibə Allahverdiyeva, Əməkdar Artist Qəmbər Məmmədov, aktyorlar Allahverdi Yolçuyev, Təhminə Məmmədova, Müşfiq Əliyev, Bəhmən Həsənov, Anar Seyfullayev və Anar Səfiyev ifa ediblər.