Elmi əsərlər jurnalı yenidən nəşr edilir

AMEA Mərkəzi Elmi Kitabxanasının Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalı yenidən nəşrə başlayır.Mərkəzi Elmi Kitabxana 20 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Mətbu nəşrlərin reyestri"nə (3816) və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı"na daxil edilmiş İSSN: 2219-5874 AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalının çap və elektron formatda nəşrini davam etdirir. Olaylar.az bildirir ki, jurnalda kitabxana-informasiya elmi, kitabxana-informasiya elminin tətbiqi sahələri eləcə də tarix, ədəbiyyat, incəsənət, türkologiya, dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr çap ediləcək. Jurnalın xüsusi buraxılışları xüsusi tarixlərə və ölkə miqyaslı hadisələrə həsr olunacaq.

Texniki tələblər: Məqalələr müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi vəzifəsi, elmi adı, iş yeri, Azərbaycan, ingilis və rus dillərində xülasə və açar sözlər, ədəbiyyat siyahısı daxil olmaqla 1500-4500 söz həcmində, "Arial" şrifti ilə, "12" ölçüdə, sətirarası interval "1,0" ölçü, mətndaxili abzas 1 sm olmaqla təqdim olunmalıdır. Yeni buraxılışın 1-ci sayı üçün məqalələr 5 avqust, 2018-ci il tarixinə qədər[email protected] və [email protected] ünvanlarına göndərilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31