Qara Qarayev İttifaqda xatırlandı
Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş “Qara Qarayevin sinfinin məzunları” adlı tədbir keçirilib.
5 İyun 2018 11:47 MədəniyyətAzərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş "Qara Qarayevin sinfinin məzunları" adlı tədbir keçirilib.
Olaylar.az bildirir ki, tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığından danışıb və yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayevin Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdən olduğunu vurğulayıb.
Onun Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından bəhrələnərək yaratdığı "Yeddi gözəl" və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı "İldırımlı yollarla" baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunmaqdadır".
Böyük bəstəkarın tələbələri Xalq artistləri Tofiq Bakıxanov və Azər Dadaşov, Əməkdar İncəsənət xadimləri Cəlal Abbasov, Elnarə Dadaşova, Faiq Nağıyev və Nərgiz Şəfiyeva çıxış edərək müəllimləri haqqında xatirələrini bölüşüb, zəngin yaradıcılığından bəhs ediblər.
Xalq artisti Tofiq Bakıxanov Qara Qarayevin tələbələrinin fotolarından hazırlanan plakatı onun tələbələrinə təqdim edib.