Cümhuriyyət ili çərçivəsində sərgi
İyunun 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Gəncə Regional Mədəniyyət İdarəsi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Fərhad Əliyevin fərdi sərgisi keçiriləcəkdir.
5 İyun 2018 11:25 Mədəniyyətİyunun 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Gəncə Regional Mədəniyyət İdarəsi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində Fərhad Əliyevin fərdi sərgisi keçiriləcəkdir.
Olaylar.az bildirir ki, Fərhad Əliyev 1954-cü il mayın 5-də Gəncə şəhərində anadan olmuşdur. Rəssam 1971-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. Fərhad Əliyev 1997-2002-ci illərdə Uşaq Rəssamlıq Məktəbində işləmişdir. Rəssamın 1995-ci və 2006-cı illərdə Gəncə şəhərində iki fərdi sərgisi keçirilmişdir.
Rəssam özünəməxsus yaradıcıllıq yolu, qeyri-adi üslubu, ustalığı, fərdi dəst-xətti ilə tanınan əsərləri hər zaman böyük maraqla qarşılanır.
Sərgi iyun ayının 10-a qədər davam edəcəkdir.
Giriş sərbəstdir.