Qulu Əsgərov yad ediləcək

Olaylar.az bildirir ki, iyunun 13- də Muğam Mərkəzində tanınmış xanəndə Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Olaylar.az bildirir ki, iyunun 13- də Muğam Mərkəzində tanınmış xanəndə Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Gecənin aparıcıları Xalq artisti, professor Mələkxanım Əyyubova və Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Gecədə Xalq artisti Mələkxanım Əyyubova, Əməkdar artistlər  Zakir Əliyev, Ehtiram Hüseynov, həmçinin Mirələm Mirələmov, Almaxanım Əhmədli, Rəvan Əlvanoğlu, Vüsal İsrafilov iştirak edəcəklər.

Qeyd edək ki, Xanəndə uzun illər boyu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışmışdır. O, bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar yaratmışdır : Məcnun, İbn-Salam, Kərəm (Üzeyir Hacıbəyli - "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z.Hacıbəyov- "Aşıq Qərib"), Şah İsmayıl (M.Maqomayev "Şah İsmayıl") obrazlarını böyük aktyorluq məharəti ilə hərtərəfli açmağa nail olmuşdur.

Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl müəllim olmuşdur. Onun davamçıları olan xanəndələr  muğam sənətində nailiyyətlər əldə edərək, ustadın ənənələrini yaşadırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31