Metodiki Mərkəzin yeni nəşrləri
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə bu günə kimi əsas istiqamətləri və strateji hədəfləri özündə əks etdirən 70-ə yaxın müxtəlif metodiki vəsait hazırlanıb.
4 İyun 2018 13:36 MədəniyyətMədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə bu günə kimi əsas istiqamətləri və strateji hədəfləri özündə əks etdirən 70-ə yaxın müxtəlif metodiki vəsait hazırlanıb.
Olaylar.az bildirir ki, mərkəzin əməkdaşları mövcud sifariş və tələbatlarları nəzərə alaraq, yeni metodiki vəsaitlərin hazırlanmasını davam etdirirlər. Bu mənada növbəti dörd yeni vəsait işıq üzü görmüşdür.
"Unudulmaqda olan sənətkarlıq emalatxanası" adlı tövsiyə yaradıcı dərnəklərin müəllimlərinə, sagird və tələbələrinə tənəkdən toxumanın əsaslarından geniş söhbət açır.
"Seminarların təşkili qaydaları" adlı metodiki tövsiyədə seminarların planıaşdırılması, təşkili mərhələləri, istifadə olunan forma və üsullar haqqında məlumat verilir.
"Estrada oxuma fənni üzrə" proqram uşaq musiqi və incəsənət məktəbləri üçün, "Musiqi əsərlərinin təhlili" proqramı isə onbirillik təhsil sistemi üçün nəzərdə tutulmuşdur.
Metodiki vəsaitlərin müvafiq mədəniyyət müəssisələrinə göndərilməsi ilə yanaşı yerlərdə təqdimatlarının aparılması da nəzərdə tutulmuşdur. Bütün metodiki vəsaitlərlə Mərkəzin rəsmi saytında (www.memm.az) tanış olmaq olar.