Xatirə küsülü olduğunu etiraf edib
“ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasının bu dəfəki qonağı müğənni Xatirə İslam olub.
4 İyun 2018 11:40 Mədəniyyət"ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının bu dəfəki qonağı müğənni Xatirə İslam olub.
Axşam.az-ın məlumatına görə, ifaçı Xatunla küsülü olmalarına səbəb kimi müğənninin onun sözünü yersə salmasını göstərib:
"Kirvəmizin oğlunun toyuna dəvət etdim. Dedim ki, bir-iki mahnı oxuyarsan. Öz mağazamızdan Xatuna çox gözəl ziyafət geyimi hazırlatdım, qoydum kənara. Gördüm Xatun mənə zəng etdi ki, köməkçimin toyudur, oxuyun da orda. Siz dediz mən gəldim, ona görə mən də sizə dedim. Sonra qəlbim ondan sındı. Çünki bilirdi ki, Gürcüstandayam, ordan fotolar paylaşıram. O sözü demək artıq idi. Mənə onu deməyə ehtiyac yoxdur. Sonra da əsəbləşdim dedim paltarı açın asın manikenin əyninə. Bəs mən səni çox istəmişdim axı. Sənə doğmalıq göstərmək istəyirdim. Mahnısına da əla qiymət verirəm. Fürsətdən istifadə edib danışmadığımı çıxardıram və açıqlamasını da verirəm ki, buna görə incimişəm. Mənə lazım olanda bu barədə danışacağıq."