"Miri Yusifə qulaq asanda gərək ayıq olmayasan" - Xatirə
"ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının qonağı müğənni Xatirə İslam olub. Sənətçi yenicə əməkdar artist adı alan Miri Yusiflə bağlı qalmaqallı şərh verib. O, onuncu yerə layiq gördüyü Miri Yusifi klub müğənnisi adlandırıb:
4 İyun 2018 10:40 Mədəniyyət"ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının qonağı müğənni Xatirə İslam olub.
Sənətçi yenicə əməkdar artist adı alan Miri Yusiflə bağlı qalmaqallı şərh verib. O, onuncu yerə layiq gördüyü Miri Yusifi klub müğənnisi adlandırıb:
"Musiqi zövqü yaxşıdır. Gənclər onu sevir. Mən Miri Yusifi klub müğənnisi kimi görürəm. Tarkan da klub müğənnisidir. Siz görmüsünüz ki, Miri Yusif 9-da toyda oxusun? Həmişə 11-dən sonra oxuyur. Ona axşamlar qulaq asırlar, 11-dən sonra. Ona qulaq asanda gərək oynayasan, bir az da vurasan, ayıq yox. Bunlar hamısı zarafatdır. Amma sözümün arxasında dayanıram". Axşam.az